Baş nazirin sabiq müavininə ittiham irəli sürüldü


Dünya 04 Avq 2018 18:11:00 263 0

Baş nazirin sabiq müavininə ittiham irəli sürüldü

Ermənistanda baş nazirin sabiq müavini Armen Qevorkyana ittiham irəli sürülüb.

Son.az modern.az-a istinadən xəbər verir ki, Qevorkyan 2008-ci il hadisələrində hakimə təzyiq göstərməkdə ittiham edilir.

Wikileaks portalında yerləşdirilən məlumatda onun Konstitusiya məhkəməsinin hakimi Valeriya Poqosyana təzyiq göstərildiyi qeyd edilir. O, ölkənin ikinci prezidenti Robert Koçaryan aparatından ona Serj Sarkisyanın xeyrinə qərar qəbul etməsi üçün təzyiq edildiyindən şikayətlənib.

Bu məlumat öz təsdiqini tapıb və Qevorkyana ədalətə mane törətmək maddəsi ilə iş açılıb.