Samuxda avtomobil yolunun tikintisinə 4 milyon manat ayrılıb


Siyasət 04 Avq 2018 17:09:00 234 0

Samuxda avtomobil yolunun tikintisinə 4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Samux rayonunun Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

4 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.