DİQQƏT! Addım başı qarşımıza çıxan “Fast food”lar


Digərləri 04 Avq 2018 16:41:00 295 0

DİQQƏT! Addım başı qarşımıza çıxan “Fast food”lar

Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər.

Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər. 

Mehman Məmmədov - Dönərçi: "Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir".

Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir. 

Dilarə Nəcəfova - Sakin: "Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib".


Xəbərə aid fotolar