Bərdədə fermada dava - Çoban çobanı ölümcül bıçaqladı


Digərləri 04 Avq 2018 16:42:16 235 0

Bərdədə fermada dava - Çoban çobanı ölümcül bıçaqladı

Bərdə rayonunda çobanlar arasında dava düşüb.

Bakı. Samir Əli - Bərdə rayonunda çobanlar arasında dava düşüb. Trend-in məlumatına görə, hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib. Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib. Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.