Türk futbolçu La Liqa klubunda


İdman 04 Avq 2018 16:13:00 309 0

Türk futbolçu La Liqa klubunda

İspaniyanın Huesca klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, yeni mövsümdən La Liqada mübarizə aparmaq hüququ qazanan komanda, Türkiyənin Osmanlıspor klubundan Sərdar Gürləri transfer edib. Bu barədə xəbəri Türkiyə mətbuatı verib.

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə edilib.

Sərdar son mövsümdə Osmanlıspor-un heyətində Super Liqada 29 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.