Cinayət məsuliyyəti daşıyan və təhlükəli ERKƏN NİKAH PROBLEMLƏRİ –


Digərləri 04 Avq 2018 16:07:00 304 0

Cinayət məsuliyyəti daşıyan və təhlükəli ERKƏN NİKAH PROBLEMLƏRİ –

Son illər erkən nikaha qarşı mübarizə tədbirləri gücləndirilsə də problem aktuallığını qoruyur. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bütün cəhdlərə baxmayaraq, hələ də bəzi valiyendlər hüquqi baxımda yetkinlik yaşına çatmayan qızlarını təhsildən yayındıraraq, ailə qurmağa məcbur edir.

Statistik məlumatlar Azərbaycanın bölgələrində, əsasən də cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları azaldığını göstərir. Amma problem hələ də qalmaqdadır. Erkən nikahların qarşısının alınması ilə bağlı atılan ciddi addımlar və keçirilən maarifləndirmə tədbirləri bəzi valideynlərə hələ də təsir göstərmir. Nişanlı olduğu və ya ərə getməyə hazırlaşdığı üçün 14-15 yaşlı qızların məktəbə getməməsi hallarına ötən tədris ilində də rast gəlinib.

Ülviyyə Əliyeva - Məktəb direktoru: "Bu problemi aradan qaldırmaq üçün ilk növbədə biz risk qrupuna daxil olan ailələrdə, sosial təminatı az olan ailələrin övladları ilə bağlı bu problemlə daha çox üzləşirik. Bəzən "imkansızlıqdan uşağı dərsə göndərmirəm" bəhanəsiylə nəyisə çalışırlar ki, pərdələsinlər, amma təbii ki, biz çalışırıq ki, belə faktları vaxtında aşkarlayaq və aradan qaldıraq".

Erkən nikah uşaqların təhsil hüququnu pozmaqla yanaşı, onlarda tibbi və psixoloji problemlərə səbəb ola bilər. Xüsusilə də, məktəb yaşlı qızların uşaq dünyaya gətirməsi onların sağlamlığı ciddi riskdir.   

Nərmin Salayeva - Həkim-terapevt: "Fizioloji baxımdan analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub.18 yaşdan aşağı yaşda hamilə olduqda bətndəki uşağın inkişafı ləngiyə və ya anomal uşaq dünyaya gələ bilər. Eləcə də, orqanizmdə hormonal balanslaşma pozulur".


Xəbərə aid fotolar