Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub


Sosial 04 Avq 2018 15:45:21 310 0

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

ƏƏSMN-də kadr dəyişikliyi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və ElmanCəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digərəmri iləElman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonranazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.