Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 04 Avq 2018 15:10:00 232 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ötən ayın sonu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 19 m3/s təşkil edərək ongünlük normanın 22 faizinə bərabər olub.