60 milyard dollarlıq rüsum…


Dünya 04 Avq 2018 14:50:00 372 0

60 milyard dollarlıq rüsum…

Çin hökumət orqanlarının bəyanatına görə, əgər Vaşinqton Çindən idxal olunan mallara əlavə rüsum tətbiq etməklə hədələməyi davam etdirərsə, Çin də cavab tədbiri olaraq ABŞ-dan idxal olunan 60 milyard dollar məbləğində mallara rüsum tətbiq etməli olacaq. Siyahıya qəhvə, bal, sənayedə işlənən kimyəvi preparatlar daxil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ tarifləri artıraraq, Çindən idxal edilən 200 milyard dollarlıq mallara rüsum tətbiq etmək təklifini irəli sürəndən sonra Çinin maliyyə naziri Tramp Administrasiyasını dünya iqtisadiyyatına ziyan vurmaqda ittiham edib. Nazirin bəyanatında bildirilir ki, "əgər ABŞ tərəfi öz tarif tədbirlərinin tətbiqini davam etdirəcəksə", "Çin əks-tədbirlər görmək" və 5207 mala 5-25 faiz arasında cavab rüsumları tətbiq etmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, iyulun 6-da Vaşinqton Pekinin texnologiyaların ötürülməsi üçün şirkətlərə təzyiq göstərilməsinə dəlalət edən faktlar səbəbindən Çindən idxal olunan 34 milyard dollar məbləğində mallara 25 faizlik rüsum tətbiq edib. Çin də cavab tədbiri olaraq analoji məbləğdə ABŞ mallarına rüsum tətbiq edib.