Avropada yeni miqrant böhranı başlanıb


Digərləri 04 Avq 2018 14:03:00 246 0

Avropada yeni miqrant böhranı başlanıb

Afrika ölkələrindən olan miqrantlar İspaniyaya axışırlar. Bu günlərdə üfürmə rezin qayıqda olan onlarla miqrant İspaniyanın Kosta del Bravo və Tarif şəhərində sahilə çıxıblar.

Son.az European-a istinadən bildirir ki, Alhesiras liman şəhərinin yaxınlığında miqrantlar nudistlərin çimərliyinə yan alıblar.

Sahilə çıxanda hərəsi bir tərəfə qaçan miqrantlar bu minvalla İspaniyanın Sahil Mühafizəsinin zabitlərindən qurtulmağa çalışıblar.

Son həftədə İspaniyaya ən azı 1600 miqrant keçib. Onlar Mərakeşdə qayıqlara oturur, Cəbbəültariqi keçərək ispan sahillərinə çıxırlar.

İspaniyanın hakimiyyət dairələri yeni miqrant böhranının başlandığıın deyərək Avropa Birliyinin rəhbərliyini fəaliyyətsizlikdə suçlayıb.


Xəbərə aid fotolar