Bakıdan Dubaya 100 min apararkən gömrükdə saxlanıldı


Digərləri 04 Avq 2018 13:42:53 219 0

Bakıdan Dubaya 100 min apararkən gömrükdə saxlanıldı

Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Bakı-Dubay aviareysi ilə getmək istəyən İran vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.