“Azərenerji”dən Göyçayda elektrik xətlərinə yaxın zonada baş vermiş yanğınla bağlı


Digərləri 04 Avq 2018 13:20:00 327 0

“Azərenerji”dən Göyçayda elektrik xətlərinə yaxın zonada baş vermiş yanğınla bağlı

Avqustun 4-də gecə saatlarında yenidən enerji sistemin təhlükəsiz fəaliyyəti üçün mühüm rola malik olan 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib.

Son.az xəbər verir ki, hadisə ilə bağlı "Azərenerji" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb.

Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.

Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub.

Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerji sistemin normal iş fəaliyyətində ciddi problem yaradıb.


Xəbərə aid fotolar