“Azərenerji”dən Göyçayda elektrik verilişi xətlərinin mühafizə zolağında baş vermiş yanğınla bağlı AÇIQLAMA (FOTO)


Digərləri 04 Avq 2018 12:50:00 278 0

“Azərenerji”dən Göyçayda elektrik verilişi xətlərinin mühafizə zolağında baş vermiş yanğınla bağlı AÇIQLAMA (FOTO)

330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş vermişdir.

Bakı. Avqustun 4-də gecə saatlarında yenidən enerji sistemin təhlükəsiz fəaliyyəti üçün mühüm rola malik olan 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib. Hadisə ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir. Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub.