Moskvada Turgenyevin ev muzeyində baş verən yanğın söndürüldü


Dünya 04 Avq 2018 12:25:00 299 0

Moskvada Turgenyevin ev muzeyində baş verən yanğın söndürüldü

Moskvada yazıçı İvan Turgenyevin ev muzeyində başlayan yanğın söndürülüb. Muzeydən 7 nəfər təxliyə edilib, xəsarət alan yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın muzeyin zirzəmisində başlayıb.

Yanğının səbəbləri məlum deyil. 

Xatırladaq ki, səhər saatlarında yanğın barədə paytaxt fövqəladə xidməti xəbər yaymışdı.