Unikal xilas: 3 yaşlı qız 33 metrlik quyudan çıxarıldı


Digərləri 04 Avq 2018 12:15:00 277 0

Unikal xilas: 3 yaşlı qız 33 metrlik quyudan çıxarıldı

Dərin quyuya düşmüş 3 yaşlı qız xilas edilib.

Olay Hindistanın Bihar bölgəsindəki Manqer şəhərində baş verib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 3 yaşlı Sana babasının evinin həyətində oynayanda quyuya düşüb.

Uşağın quyuya düşdüyünü görən baba və nənə onu çıxara bilməyəcəklərini anlayanda dərhal polisə zəng vurublar.

Hadisə yerinə gəlmiş polislər və yanğınsöndürənlər 30 saat çalışandan sonra uşağı quyudan çıxarıblar.


Xəbərə aid fotolar