Balakəndə evdən 15 min manatlıq qızıl oğurlanıb


Sosial 04 Avq 2018 11:51:07 278 0

Balakəndə evdən 15 min manatlıq qızıl oğurlanıb

Araşdırmalar davam etdirilir

Balakəndə evdən qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın “Report”a bildirilib ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılıb.

Onun daha 2 evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.