Qazaxıstanlı qızla internetdə tanış oldu, Bakıya gətirdi və... –


Digərləri 04 Avq 2018 11:55:00 254 0

Qazaxıstanlı qızla internetdə tanış oldu, Bakıya gətirdi və... –

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon Prokurorluğunda istintaq davam edir.

Son.az xəbər verir ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yolçu Adışirin oğlu Yusubovun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirib.

Daha sonra Yolçu Yusubov intihar edib.

Bu qətl olayı ilə bağlı aparılan araşdırmalar zamanı daha bir nəfər həbs edilib. Bu, Yolçu Yusubovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanovdur.

Famil Qasımov Yolçu Yusubovun törətdiyi ağır cinayəti bilib və hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.

Məlum olub ki, 3 uşaq atası olan Yolçu Yusubov qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib.

Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi Ayqulu boğaraq öldürüb. Daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib.

Famil Osmanov yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb, buna görə polisə məlumat verməyib.