Avropa bürküdə qıvrılır: yüzlərlə insan vəfat edib,


Digərləri 04 Avq 2018 11:17:00 260 0

Avropa bürküdə qıvrılır: yüzlərlə insan vəfat edib,

Avropada havalar həddən artıq isti keçir. Bu gün İspaniya və Portuqaliyada havanın temperaturunun +50 dərəcəyə çatacağı gözlənilir.

Populyar kurortları turistlər kütləvi şəkildə tərk etməyə başlayıblar.

Polşa və Çexiyada tropik istilərdir. Estoniyada həddən artıq isti havalar tarlalarda məhsulu məhv edib. Rəsmi Tallin müflislik həddinə çatmış fermerlərə birdəfəlik yardım qismində büdcədən 20 milyon avro ayırıb.

Finlandiyada vəziyyət o yerə çatıb ki, paytaxt Helsinkidə şəhər meriyası sakinləri güclü kondisionerlərin işlədildiyi supermarketlərdə gecələməyə çağırıblar.