Qadın niqab geyindiyinə görə 1500 manat cərimələndi


Digərləri 04 Avq 2018 11:01:00 282 0

Qadın niqab geyindiyinə görə 1500 manat cərimələndi

Avqust ayının 1-də Danimarkada üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə minib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, qərarla bağlı olaraq ilk cərimə yazılıb.

Məlumata görə, Horşolm şəhərindəki alış-veriş mərkəzində iki qadın arasında dava düşüb. Onlar 3 min kron (təxminən 1170 manat) cərimələniblər. Lakin, qadınlardan biri niqablı olduğuna görə o, əlavə min kron (təxminən 390 manat) da ödəyib.


Xəbərə aid foto