İsrail İsveç gəmisini saxladı


Dünya 04 Avq 2018 11:06:00 257 0

İsrail İsveç gəmisini saxladı

İsrail hərbçiləri Qəzza zolağının dəniz blokadası ərazisində həftə ərzində daha bir gəmini ələ keçiriblər.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu dəfə İsveç bayrağı altında üzən "Freedom" gəmisi saxlanılıb.

Gəminin içərisində 12 fələstinli və tibbi yardım olduğu bildirilir.

Gəminin Norveç bayrağı altında üzən və saxlanılan "Əl Əuda" (Qayıdış) gəmisinin ardınca blokadanı yarmağa cəhd etdiyi qeyd edilir.