"Apple"nin qurucusunun ölüm ayağında qızına dediyi ağır sözlər təəccübləndirir


Digərləri 04 Avq 2018 10:43:00 357 0

"Apple"nin qurucusunun ölüm ayağında qızına dediyi ağır sözlər təəccübləndirir

"Mən onun möhtəşəm yüksəlişi üçün ləkə idim"

Mərhum Amerika ixtiraçısı və biznesmeni Stiv Cobsun qızı Liza Brennan Cobs atası ilə bağlı memuar yazıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, 40 yaşlı Liza "Small Fry" (balaca uşaq) kitabında atası ilə qarmaqarışıq münasibətlərindən bəhs edib.

Lizanın dediyinə görə atası əvvəl onu qızı kimi qəbul etmək istəməyib. O, 1970-ci illərdə məhkəmə tərəfindən DNT testlərinin nəticələri təsdiq olunduqdan sonra Krisen Bernnanla münasibətdə olduğu vaxtlarda ona könülsüz şəkildə atalıq edib.

"DNT testinin nəticələrinə görə onun qızı olduğum təsdiqləndikdən sonra məhkəmə atamdan 18 yaşıma qədər mənim xərclərimi qarşılamağımı tələb edib", - kitabda qeyd olunlarla bağlı Vainty Fair jurnalına açıqlama verən Liza deyib.

Liza 7 yaşındaykən anasının xadiməlik etdiyini, atasının isə multi-milyoner olduğunu söyləyib.


Xəbərə aid fotolar