Ötən günün yol qəzalarında 3 nəfər yaralandı


Digərləri 04 Avq 2018 10:35:00 236 0

Ötən günün yol qəzalarında 3 nəfər yaralandı

Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş cinayət hadisələrinin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.