Taylandda narkotacir tutuldu


Dünya 04 Avq 2018 10:21:00 277 0

Taylandda narkotacir tutuldu

Taylandın hüquq-mühafizə orqanlarının saxladığı narkotik tacirindən 3,2 milyon metamfetamin tableti, eləcə də bu maddənin 560 kq həcmində kristallaşmış variantı aşkar edilərək müsadirə edilib.

Son.az report-a istinadən xəbər verir ki, əməliyyat ölkənin şimalındakı Çianqray əyalətində keçirilib.

Polisin diqqətini iki yük maşınının hüquq-mühafizə orqanlarının dayanmaqla bağlı tələbini icra etmədən yüksək sürətlə nəzarət buraxılış məntəqəsindən keçməsi cəlb edib. Polis təqibindən sonra avtomobillərdən birinin sürücüsü qəzaya uğrayıb və saxlanılıb. İkinci şübhəli şəxs nəqliyyat vasitəsini yolun kənarına ataraq meşədə gizlənib.