Ronaldo daha Real'ı izləmir


İdman 04 Avq 2018 10:27:00 286 0

Ronaldo daha Real'ı izləmir

Kriştianu Ronaldo daha “İnstaqram”da Real-ı izləmir. 

Goal.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı ulduz “Kral klubu”nun səhifəsini “unfollow” edib. 33 yaşlı futbolçu hələ də sabiq komanda yoldaşlarını, eləcə də keçmiş məşqçiləri Karlo Ançelotti və Zinəddin Zidanı izləməyə davam edir. 

Qeyd edək ki, Ronaldo bir müddət əvvəl 100 milyon avro qarşılığında Real-dan Juventus-a keçib.