Meksikada bir evdə 11 nəfər qətlə yetirildi


Dünya 04 Avq 2018 10:16:00 261 0

Meksikada bir evdə 11 nəfər qətlə yetirildi

Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.