BakıXudat marşrut avtobusu aşdı


Digərləri 04 Avq 2018 10:06:00 273 0

BakıXudat marşrut avtobusu aşdı

Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralansa da bəziləri tibbi yardımdan imtina edib. Sərnişin 1970-ci il təvəllüdlü İlqar Axundova ilkin tibbi yardım göstərilib, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.