Bitkoin yenidən ucuzlaşdı


Dünya 04 Avq 2018 09:15:00 270 0

Bitkoin yenidən ucuzlaşdı

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bitkoin 7,4 min dollardan ucuz alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 4,21% azalaraq 7,358 min dollar təşkil edib.