Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib VİDEO


Dünya 04 Avq 2018 08:48:00 320 0

Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib  VİDEO

Onların arasında qadınlar da var

Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.


Xəbərə aid video