Ermənistanın keçmiş prezidenti Koçaryan ifadə verməkdən imtina etdi


Digərləri 03 Avq 2018 23:59:00 226 0

Ermənistanın keçmiş prezidenti Koçaryan ifadə verməkdən imtina etdi

Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılmasına dair açılan cinayət işi üzrə ifadə verməkdən imtina edib

Bakı. Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılmasına dair açılan cinayət işi üzrə ifadə verməkdən imtina edib. Trend-in məlumatına görə, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib. “Koçaryan ifadə verməkdən imtina etdi, digər istintaq hərəkətlərində iştirak etmədi və istintaq aparılan otağı tərk etdi”, - Xaçatryan deyib.