Uber şirkəti pilotsuz yük maşınlarının istehsalı ideyasından imtina etdi


Digərləri 04 Avq 2018 08:25:00 341 0

Uber şirkəti pilotsuz yük maşınlarının istehsalı ideyasından imtina etdi

Taksi sifarişləri üzrə fəaliyyət göstərən məşhur Uber şirkəti avtopilot sistemli yük maşınlarının istehsalı ideyasından imtina edib. Bunun yerinə şirkət öz diqqətini adi pilotsuz yüngül maşınlara ayıracaq. Qeyd etmək lazımdır ki, şirkət pilotsuz yük maşınlarının yaradılmasına 2016-cı ilin yay fəslində start vermişdi. Bunun üçün o, Otto startapını almışdı.

Son.az technote.az-a istinadən bildirir ki, Otto startapının təsisçisi Alphabet holdinqinin tərkibində fəaliyyət göstərən Waymo startapının mühəndisi Anthony Levandowski idi. Bir sıra kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Waymo startapının pilotsuz yük maşınları hazırlaması prosesinin dayandırılması üçün Uber ona 245 milyon dollar vəsait ödəmişdi. Uber tərəfindən olan pilotsuz avtomobillər və yük maşınlarının testləri Kaliforniya və Arizonada aparılırdı.