Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib


Dünya 04 Avq 2018 08:28:00 339 0

Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib

Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməkdən imtina edib.

Son.az "Report"a istinadən bildirir ki, bunu cümə günü Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.