Gəncədə motosiklet aşıb, bir nəfər yaralanıb


Digərləri 04 Avq 2018 08:10:00 268 0

Gəncədə motosiklet aşıb, bir nəfər yaralanıb

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü Atəş Cavadov yaralanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.