Ermənistanın sabiq baş nazirinin müavininə qarşı ittiham irəli sürülüb


Dünya 04 Avq 2018 07:45:00 320 0

Ermənistanın sabiq baş nazirinin müavininə qarşı ittiham irəli sürülüb

Ermənistan sabiq baş nazirinin müavini Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb.

Son.az "Report"a istinadən bildirir ki, bunu idarənin rəhbəri Sasun Xaçatryan deyib.

"Əgər siz xatırlayırsınızsa, "WikiLeaks"də məlumat dərc olunmuşdu ki, Armen Qevorkyan Serj Sarqsyanın rəqiblərinin seçkinin yekunları ilə bağlı şikayətlərinə baxan zaman Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərib. Biz bu məlumatı yoxladıq və onun əsaslı olduğu ortaya çıxdı", - deyə Xaçatryan bildirib.