Abşeronda sürücü qonşuluqda yaşayan yeniyetməni maşınla vurub


Sosial 04 Avq 2018 04:59:14 314 0

Abşeronda sürücü qonşuluqda yaşayan yeniyetməni maşınla vurub

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib

Abşeronun Qobu qəsəbəsində 13 yaşlı uşağı qonşuluqda yaşayan şəxs avtomobil ilə vurub.

"Report" xəbər verir ki, hadisə Çingiz Mustafayev küçəsində baş verib.

2005-ci il təvəllüdlü Rəhimov Şahin Murad oğlu yaşadığı evin yaxınlığında yolu keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.