Günün qoroskopu: ailə üzvlərindən biri sizi sevindirəcək


Digərləri 04 Avq 2018 00:01:00 335 0

Günün qoroskopu: ailə üzvlərindən biri sizi sevindirəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq. Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.

Buğa - yaxınlarınızla bahəm, həmkarlar və tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin. Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın. Peşəkar biliklərinizi və təcrübənizi artırın.

Əkizlər - situasiyanı olduğundan artıq çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin. Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq.  Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər.

Xərçəng - hisslərin əsiri olmayın. Ünvanınıza söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola bilər. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin istək və niyyətlərindən xəbərdar olun.  Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli zaman deyil. Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın.

Şir - hər şeyə rəğmən nikbin olun. Çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz. Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq. Axşam saatlarında diqqətli olun.

Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər. Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.