Azərbaycan nefti bahalaşıb


Digərləri 03 Avq 2018 23:24:28 374 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 70,21 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.