Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar


Digərləri 03 Avq 2018 22:31:00 303 0

Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar

ABŞ-dan olan kimyaçı alimlər diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial düzəldiblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların tədqiqatının nəticələri "Nature Communications" jurnalında dərc edilib.

Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən təsadüfən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəni təmizləməyin effektiv yolunu kəşf ediblər. Onlar diqqət yetiriblər ki, bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Ku və onun həmkarları xatırlayıblar ki, oxşar mühit kariyes yaradan mikrobların olduğu diş daşında və ərpində də mövcuddur.

Bu ideyanı rəhbər tutan alimlər könüllülərin diş daşından nümunələr götürərək nanohissəciklərin onlara təsirini öyrəniblər. İlk təcrübə göstərib ki, bu cür "diş tozu" diş ərpini tez dağıdıb və mikrobları öldürüb.