Həyat yoldaşını bıçaqlayan kişi təcridxanada ölüb


Digərləri 03 Avq 2018 22:12:00 228 0

Həyat yoldaşını bıçaqlayan kişi təcridxanada ölüb

Ötən ay Zaqatala rayonunda həyat yoldaşını bıçaqlayan şəxs Şəkidə saxlandığı təcridxanada dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, 1970-ci il təvəllüdlü Zaqatala şəhər sakini Hüseynov Rəşid Çingiz oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Yerli sakinlərin sözlərinə görə, R.Hüseynov bir müddət idi ki, ürək və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi və ürəyindən əməliyyat da olunmuşdu. O, uzun müddət müxtəlif müəssisələrdə mühasib vəzifəsində çalışıb.