İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…


Digərləri 03 Avq 2018 22:08:00 310 0

İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…

Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağ ciyər köçürüblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağ ciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb.