Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb


Digərləri 03 Avq 2018 20:19:02 480 0

Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Bakı. Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.