SOCAR: "Cənub Qaz Dəhlizi" 7 ölkəni 12 fərqli investorla birləşdirəcək


Digərləri 03 Avq 2018 20:04:00 476 0

SOCAR: "Cənub Qaz Dəhlizi" 7 ölkəni 12 fərqli investorla birləşdirəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" 7 ölkəni 12 fərqli investorla birləşdirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "John Batchelor" radioşousunda bildirib.

E.Nəsirov deyib: "Hazırda biz dünyanın ən böyük və ən bahalı enerji layihələrindən olan "Cənub Qaz Dəhlizi"nin tikintisinin yekunlaşmasına çox yaxınıq və bu layihə 7 ölkəni kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək.

E.Nəsirov bildirib ki, bu, böyük enerji ehtiyatlarına malik Xəzər regionunu Avropa İttifaqı (AB) istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq:

"Əlbəttə Aİ üçün alternativ mənbə, neft və qaz istehsal edən və dənizə çıxışı olmayan ölkələr üçün isə öz məhsullarını istehlakçılara çatdırmaq yollarını tapmaq çox vacibdir".

Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə, ABŞ prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malikdir.