Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son STATİSTİK MƏLUMATLAR


Digərləri 03 Avq 2018 20:02:21 286 0

Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son STATİSTİK MƏLUMATLAR

Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son rəqəmlər açıqlandı

Bakı. Elçin Mehdiyev - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı avqustun 1-ə olan statistik məlumatları açıqlayıb. Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır. İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər).