Rauf Hacıyevin mahnılarından ibarət konsert


Kriminal 03 Avq 2018 19:59:00 440 0

Rauf Hacıyevin mahnılarından ibarət konsert

Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Son.az xəbər verir ki, konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, "Qaya" qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və digər mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Rauf Hacıyevin estrada mahnıları, operettaları, teatr tamaşaları və filmlərə yazdığı musiqiləri tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynamışdır. Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Biletlərin qiyməti 10-50 manat təşkil edir.