"Android 9.0 P"nin təqdimat tarixi bəlli oldu


Digərləri 03 Avq 2018 19:44:00 254 0

"Android 9.0 P"nin təqdimat tarixi bəlli oldu

Dünyanın ən çox istifadəçisinə malik olan Android sisteminin yeni versiyası olan "Android 9.0 P"nin təqdimatına çox az qaldı.

Mİlli.Az xəbər verir ki, indiyə qədərki ən güclü və geniş məzmuna sahib olan yeni versiyanın təqdimat tarixi internetə sızdırılıb. Məlumatda təqdimatın 20 avqustda baş verəcəyi bildirilir.

Həmçinin "Google" şirkətinin yeni versiyada bir sıra dəyişikliklər edəcəyi də təxmin edilir. Beləki şirkət istifadəçilərə daha fərqli interfeys təqdim etməyi düşünür. Bundan başqa ana ekranda "home"  düyməsini sağa çəkərək açıq tətbiqlər arasında asanlıqla keçid etmək imkanı olacağı bildirilir.