Lerik meşəsindəki yanğın söndürülüb


Digərləri 03 Avq 2018 19:38:00 234 0

Lerik meşəsindəki yanğın söndürülüb

Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.

Bakı. Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.