"Vektor" artıq "Milliön"də


Digərləri 03 Avq 2018 18:56:00 349 0

"Vektor" artıq "Milliön"də

Bank Respublika xidmət kanallarını genişləndirir

Bakı. Müştərilərə təqdim etdiyi xidmət kanallarının inkişafına daim önəm verən Bank Respublika daha bir yenilik edib. Bankdan Trend-ə verilən məlumata görə, artıq ölkədaxili pul köçürmələri etmək istəyənlər Azərbaycanın 3000-dən çox nöqtəsində yerləşən "MilliÖn" ödəmə terminallarında “Vektor” pulköçürmə sistemindən yararlana biləcəklər. Köçürmə əməliyyatını yerinə yetirmək üçün "MilliÖn" terminalının ekranında “Banklar və Sığorta” - “Bank Respublika” bölməsinə daxil olub “Vektor” sistemi seçilir. Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A. göstərib vəsaiti "MilliÖn" terminalına daxil etmək kifayətdir.