“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Masazırda


Digərləri 03 Avq 2018 18:43:00 280 0

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Masazırda

Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara operativ xidməti təklif edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Masazır kəndi olacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara operativ xidməti təklif edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Masazır kəndi olacaq. Komitədən Trend-ə verilən məlumata görə, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 6-10 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində (Əliağa Vahid parkının qarşısı) fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər. Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Abşeron rayonu, Məmmədli kəndi, Əli Bayramov küçəsi, 30 ünvanında vətəndaşlara xidmət göstərir.