Qəbələ musiqi festivalında yenilik


Kriminal 03 Avq 2018 17:47:00 408 0

Qəbələ musiqi festivalında yenilik

Heydər Əliyev Fondunun və Gilan Holdinqin təşkilatçılığı ilə keçirilən Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng musiqi proqramı ilə davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, 10 illik yubiley çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməyə davam edir. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edib, Musiqi Festivalı haqqında məlumat alırlar.

Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, canlı heykəllərin şousu, uşaqlar üçün əyləncələr təşkil olunub. "Qəbələnd" Festivalın keçirildiyi məkanın, Heydər Əliyev adına Konqres Mərkəzinin yaxınlığında yerləşir, bu isə Festivalın qonaqlarına həm konsertlərdən öncə, həm də sonra fan-zonaya rahatlıqla gəlib, əylənməyə imkan verir.