Azərbaycanda son 2 gündə 42 qanunsuz miqrant saxlanılıb (FOTO)


Digərləri 03 Avq 2018 17:32:00 263 0

Azərbaycanda son 2 gündə 42 qanunsuz miqrant saxlanılıb (FOTO)

Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 42 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Bakı. Elçin Mehdiyev - Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən avqustun1-də və 2-də qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pa­kis­tan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı ol­maq­la, ümu­­mi­likdə 42 əc­­nə­bi sax­­­la­nıl­ıb. DMX-dən Trend-ə verilən məlumata görə, saxlanılmış 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səy­yar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.