SOCARın STAR zavoduna ilk xam neft çatdırıldı


Digərləri 03 Avq 2018 17:12:11 371 0

SOCARın STAR zavoduna ilk xam neft çatdırıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunda emal olunmaq üçün ilk xammal qəbul olunub.

Son.az report-a istinadən xəbər verir ki, STAR zavodu üçün "Absheron" adlı tankerlə 80 min ton həcmində "AzeriLight" markalı ilk xam neft yükü çatdırılıb.

Fəaliyyətə başlama ərəfəsində olan zavodda oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək:

"SOCAR tərəfindən 6,3 mlrd. dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə zavodda ilk test emalı həyata keçirilməyə başlanıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80 min tonluq ilk xam neft  244 metr uzunluğundakı "Absheron" tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn "AzeriLight" markalı neftdir",- "SOCAR Turkey Enerji A. Ş."dən bildirilib.

İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən "SOCAR Turkey Enerji A.Ş."nin baş direktoru Zaur Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edib. "STAR NEZ-in ilk neftinin "AzeriLight" markalı neft olmağı bizim üçün böyük məna ifadə etməkdədir. "SOCAR Turkey" olaraq Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi, önümüzdəki illərdə də genişlədəcəyik",-Z. Qəhrəmanov qeyd edib. SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR, bir çox ölkədə fəaliyyətlərini davam etdirir. "Bu ölkələr arasında Türkiyə, bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə

iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm".